Xidmətlər

Avtomatik yanğın söndürmə sistemlərinin quraşdırılması

Bütün avtomatik yanğınsöndürmə sistemləri (AYSS) ilk növbədə lokal və mərkəzləşdirilmiş sistemlərə bölünür. Daha sonra AYSS iş prinsipinə görə - sprinkler və drençer növünə görə təsnifləndirilir. Yanğın söndürmə qaydasına görə isə - odsöndürən qarışığın fiziki xassələri və kimyəvi tərkibi ilə fərqlənirlər.

Hər bir AYSS-in tərkibində tüstülənməyə, hərarətin yüksəlməsinə və yanmanın digər əlamətlərinə reaksiya verən məlumatverici cihaz, idarəedici siqnalların qeydiyyatı, hazırlanması və ötürülməsi qurğusu və bilavasitə söndürməni yerinə yetirən icra orqanı olmalıdır. Lokal sistemlər bütün bunları tam halda nəql edilə bilən, quraşdırılan və xidmət edilən vahid blokda birləşdirirlər. Ən sadə və etibarlı lokal sistem - içində odsöndürən qarışıq olan balondan ibarətdir. Bu balonda daima mövcud olan yüksək təzyiq ya hermetikliyin pozulması zaman aradan gedən kimyəvi reaksiya prosesi ilə, ya da idarəetmə impulsunun verilməsi ilə saxlanılır.

Bu sistemdə bağlayıcı klapan kimi sprinklerin özü iştirak edir. Bu sprinklerlərin içində otaqlarda yanğınsız meydana gələ bilən maksimal temperaturdan asılı olaraq, 40oC – 150oC dərəcə arasında işə düşən tezəriyən element vardır. Bir qayda olaraq, belə bloklar yanğın siqnalizasiyası sisteminə yalnız xəbərdaredici cihaz qismində birləşdirilirlər. Amma bu bloklar prinsip etibarilə, ümumiyyətlə hər hansı bir naqilsiz və elektrik enerjisiz də işləyə bilərlər. Bu tipdə olan sistemlərin çatışmayan cəhətləri – onların nisbətən yüksək qiyməti və çəkisi, onlara göstərilən xidmətin mürəkkəbliyi və işə salınmaq üçün vəziyyətin daha dəqiq təhlilinin mümkünsüz olmasıdır.

Mərkəzləşdirilmiş AYSS-dən iri obyektlərdə istifadə olunması - iqtisadi cəhətcə daha sərfəlidir. Bu sistemlərdə saysız-hesabsız miqdarda mürəkkəb xəbərdaredici cihazlardan və 100%-lik zəmanətlə yanğına vaxtında reaksiya verən və yalançı işədüşmələri istisna edən məntiqi qurğulardan istifadə edilməsi mümkündür. Lakin, bütün bunlarla bərabər, belə sistemlərin mövcudiyyəti bütün otaqlarda elektrik enerjisinin və siqnal ötürücülərinin olmasını, ən başlıcası isə - yüksək təzyiq magistrallarının mövcudluğunu tələb edir.

Əgər otaqlar kiçikdirlərsə və ya yanğının genişlənməsinə maneə olan arakəsmələrlə bölünmüşlərsə, onda ayrı-ayrı sprinklerlərin tətbiq edilməsi daha məqsədəuyğundur. Belə sprinklerlər işə düşəndə söndürücü qarışığı yalnız bilavasitə alışma nöqtəsinə tərəf buraxacaqlar. Magistralda təzyiqin aşağı düşməsi halında isə nəzarət-siqnal klapanı qarışığın sprinklerə verilməsini davam etdirən nasosu işə salır. Sistemin borularının donması ehtimalı ola bilən obyektlərdə də nəzarət-siqnal klapanı magistralda havanın təzyiqinin azalmasına reaksiya verir, lakin bu zaman maye orada daima olmur.

Alovun yayılması üçün əlverişli şərait olan iri sahələrdə və otaqlarda bütün sahə boyunca yanğının söndürülməsi lazımdır və bu, hətta daha arzuediləndir. Bu halda drençer sistemləri tətbiq olunur. Drençer sistemində hər bir püskürdücüdə klapanın olmasına və magistralda daima təzyiqin saxlanmasına ehtiyac yoxdur. Çünki, yanğın zamanı odsöndürücü qarışıq sistemə yalnız nəzarət cihazının siqnalı ilə və yaxud da bu məsələyə məsul olan işçi heyətin manual (əl ilə) işə salması ilə verilir.

Şirkətimiz hər bir obyektin xüsusiyyətlərini və yönümünü, texniki və iqtisadi hesablamaları nəzərə alaraq, bütün sistemlərin layihələşdirilməsini və quraşdırılmasını həyata keçirir. Biz hər hansı bir sistemin zəmanətdən sonrakı xidməti, servisi və reqlamentli xidməti üzrə, o cümlədən, başqa təşkilat tərəfindən yerinə yetirilmiş işlər üzrə müqavilələr bağlamağa hazırıq.

Onlayn konsultasiya
Onlayn konsultasiya
Operatorlar hal-hazırda məşğuldurlar.
Xahiş edirik daha sonra cəhd edin və ya əlaqə bölməsindən istifadə edərək müraciət edin..