Xidmətlər

Daxil olmanı məhdudlaşdırılması və nəzarət sistemləri (Acces control)

Hal-hazırda mövcud olan ən intellektual təhlükəsizlik sistemlərindən biri də - daxilolmaya nəzarət sistemidir. Bu sistem yalnız müvafiq giriş icazəsi olan şəxslərin qapalı ərazilərə daxil ola bilmələri üçün nəzərdə tutulmuşdur. Sistemin əsas məqsədi kənar şəxslərin otaqlara və yaxud da mühafizə olunan zonaya icazəsiz daxil olmasının qarşısının alınmasıdır.

Daxilolmaya nəzarət sistemi mühafizə edilən əraziyə daxil olan və buranı tərk edən əməkdaşları və qonaqları identifikasiya etməyə (eyniləşdirməyə) imkan verir. Bu sistem, ondan istifadə edənlərin məqsədlərindən asılı olaraq, həm yeganə giriş nöqtəsinə, həm də ki, ərazi daxilində bütövlükdə qapılar sisteminə tətbiq edilə bilər.

Müasir dünyada daxilolmaya nəzarət elektron sistemləri - mühafizə sistemləri arasında ən etibarlı kimi tanınmaqdadır. Bu sahədə olan son yeniliklər isə xüsusilə diqqətəlayiqdir. Hal-hazırkı qabaqcıl elektron sistemlər nəinki təkcə plastik kartlardan kodu oxuyur, onlarda həmçinin insanın biometrik göstəriciləri: barmaq izləri, gözün qüzehi qişası kimi məlumatlar da proqramlaşdırılmışdır. Belə özəl məlumatlar təkrarolunmazdır, hər bir konkret insan üçün fərdidir. Buna görə də, bu məlumatlar insanın identifikasiyası üçün ən yaxşı informasiyadır.

Daxilolmaya nəzarət sisteminin işləmə prinsipi aşağıdakı kimidir:Hər hansı bir nəfər mühafizə olunan yerə girmək istəyir. Müvafiq elektron qurğu tərəfindən oxunan informasiya sorğu formasında, şəxs haqqında bütün bilgilər saxlanan məlumat bazasına göndərilir. Həmin şəxsin vəzifəsini və fərdi göstəricilərini nəzərə alan sistem artıq özü bu və ya digər adamın daxil olması və yaxud olmaması barədə avtomatik qərar qəbul edir. Daha sonra turniketə, giriş qapısına və ya şlaqbauma açılmaq və ya bağlı qalmaqla bağlı siqnal göndərilir. İkinci halda mühafizə xidmətinə də xəbər ötürülür: təlimata görə, onlar icazəsiz daxilolma cəhdinə reaksiya verməlidirlər.

Elektron avadanlığın rəqəmsal oxunma obyekti qismində avtomobillərin dövlət nişanları da çıxış edə bilərlər. Sistem, təşkilatların bina xaricində olan ərazilərində avtomobillərin daxil olmasının avtomatlaşdırılması üçün müvəffəqiyyətlə tətbiq edilə bilər. Daxilolmaya nəzarət sistemi həm iqlim şəraitinə, həm də uzaqdan idarəetmə ilə işləməyə adaptasiya olunmuşdur.

Bütün bunlardan başqa, daxilolmaya nəzarət sistemləri əlavə funksiyalar da yerinə yetirə bilərlər. Məsələn, onlar şəxslərin obyekt daxilində hərəkətləri barədə məlumatın toplanmasında, iş vaxtıının uçotunun aparılmasında, iş rejiminin idarə edilməsində və digər məsələlərdə istifadə oluna bilərlər. Belə nəzarət sistemləri, mühafizə, yanğın təhlükəsizliyi və videomüşahidə sistemlərinin də daxil olduğu inteqrə edilmiş təhlükəsizlik sisteminin bir hissəsinə də çevrilə bilərlər.

Onlayn konsultasiya
Onlayn konsultasiya
Operatorlar hal-hazırda məşğuldurlar.
Xahiş edirik daha sonra cəhd edin və ya əlaqə bölməsindən istifadə edərək müraciət edin..