ŞƏXSİ MƏLUMATLARIN QORUNMASI
Şəxsi məlumat deyərkən müştərilərin YQS MMC-nin xidmətlərindən istifadə zamanı şirkətə təqdim etdiyi bütün məlumatlar nəzərdə tutulur.
ŞƏXSİ MƏLUMATLARIN QORUNMA PRİNSİPLƏRİ
Ümumi prinsiplər:
YQS MMC aşağıda qeyd edilən məqsədlərlə müştərinin şəxsi məlumatlarını istifadə edə və ya açıqlaya bilər:
– Xidmət seçimlərinizi təyin etmək üçün
– İnformasiya, təbliğat, məhsul və xidmətlərimiz və ya reklam materiallarını sizə göndərmək üçün
– YQS MMC-nin maraqlarını qorumaq üçün
– Ədalət mühakiməsi üçün
– Sizin maraqlarınıza uyğun olduğunu düşündüyümüz, YQS MMC xidmətləri və ya üçüncü tərəfin xüsusi təkliflərini təbliğ etmək üçün
Təhlükəsizlik prinsipləri:
YQS MMC şəxsi məlumatların səhvən silinməsi və ya açıqlanmaması üçün Şəxsi Məlumatların gizliliyi və təhlükəsizliyini qorumaq məqsədilə təşkilati və texniki addımlar da daxil olmaqla bütün ehtiyat tədbirlərinin görülməsinə məsuliyyət daşıyır.
Müştəri Qeydiyyat Formasında tələb edilən məlumatlara verilən cavablara görə məsuliyyət daşıyır. Əgər Qeydiyyat formasında tələb edilən məlumatlara natamam və ya qeyri-dəqiq cavab verilsə, bu, müştəriyə göstərilən xidmətin dayandırılması və ya xidmətin tamamilə sonlandırılması ilə nəticələnə bilər.
YQS MMC müştərilərinin şəxsi məlumatlarının qorunmasına cavabdehdir.