Kamera nəzarət sistemləri hər hansı həyəcan doğuracaq hadisələrə sürətlə reaksiya vermək üçün ideal bir həll yoludur. Bu vasitələr günlük yaşamımızda baş verən neqativ hadisələrin qarşısının alınmasında olduqca mühüm əhəmiyyət daşıyır.
Video müşahidə kameraları rəqəmsal və analoq kameralarına bölünürlər. Onların əsas fərqi: rəqəmsal kameralar bütövlüklə avtonom video müşahidə sistemləridir – kameralar kronadan, qəbuledici 5 voltlu noutbuk və ya kompyuterdən qidalanır
Naqilli kameraların hər biri gücləndiriciyə qoşulduqda naqilsiz ola bilər. Düz istiqamətdə videosiqnalın radiokanalla ötürülmə məsafəsi maksimum 10 km ola bilər. Lakin video təsvirin naqillər vasitəsilə ötürülmə məsafəsini transmiter video siqnal gücləndiricisi vasitəsilə artırmaq da olar (600 m qədər). Bu zaman video təsvir və kameranın qidalanması naqillərvasitəsilə “vitay cütlük”lə ötürüləcək.